AZ

Karateçimiz "Belarus Open" 2024-ün qalibi oldu

Yığma komandamızın üzvü Asiman Qurbanlı Belarusiyanın Minsk şəhərində keçirilən "Belarus Open - 2024" beynəlxalq karate turnirində +84 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

19 oktyabr tarixində start götürən beynəlxalq turnir 20 oktyabr tarixində yekunlaşacaq.

 

Karateçimizi şəxsi məşqçisi Seymur Xudaverdiyev, AKF -nin böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Şahin Atamov və AKF -nin vitse prezidenti Rəhman Hətəmov yarışa hazırlayıb.

Seçilən
1
1
modern.az

10Mənbələr