AZ

Gəncədə partlayışda ölən və yaralananların kimliyi bilindi - Yenilənib

Gəncədə binada partlayış baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində bir nəfər qadın ölüb. 

Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub. Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.

APA-nın məlumatına görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

***

Bu gün Gəncədə binada baş vermiş partlayışda ölən və xəsarət alanların kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və  1980-ci ildə anadan olmuş KönüL Xudaverdiyeva həlak olub.

1991-ci il təvəllüdlü Bəxtiyar Orucov, 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 2004-cü il təvəllüdlü Nuranə Əliyeva xəsarət alıb.


Seçilən
8
12
qafqazinfo.az

10Mənbələr