AZ

Partlayışda ölən və yaralananların kimliyi bilindi - Yenilənib-Video

Gəncədə binada partlayış baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində bir nəfər qadın ölüb.

Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə qurumun Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

APA-nın məlumatına görə, partlayış zamanı ölənlərin sayı artıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

***

Bu gün Gəncədə binada baş vermiş partlayışda ölən və xəsarət alanların kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 1962-ci il təvəllüdlü Mehriban Paşayeva1980-ci ildə anadan olmuş Könül Xudaverdiyeva həlak olub.

1991-ci il təvəllüdlü Bəxtiyar Orucov, 1999-cu il təvəllüdlü Firuzə Yusibova2004-cü il təvəllüdlü Nuranə Əliyeva isə xəsarət alıb.


Seçilən
1
4
qafqazinfo.az

10Mənbələr