Gəncədə binada partlayış baş verib.
Titul.az xəbər verir ki, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub. Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.