Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabrın 18-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev "Twitter" səhifəsində AzərbaycanSilahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycanbayrağını qaldırdığını açıqlayıb;
- Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram"hesabında Füzulinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;
- Humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraqErmənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdəpozub;
- Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Düşmənin hərbi hissəsi ələkeçirilib. Ermənistanın növbəti Su-25 təyyarəsivurulub;
- Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərindəhücuma cəhd edib;
- Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib;
- Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib;
- İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycanbayrağı qaldırılıb.