AZ

Zəfər xronikası - Xudafərin körpüsündə Azərbaycan bayrağı qaldırılıb

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az-a Vətən müharibəsinin oktyabrın 18-nə olan xronikasını təqdim edir:

 

- Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını açıqlayıb;

 

- Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" hesabında Füzulinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;

 

- Humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub;

 

- Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Düşmənin hərbi hissəsi ələ keçirilib. Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub;

 

- Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib;

 

- Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib;

 

- Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib;

 

- İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

Seçilən
0
2
modern.az

3Mənbələr