AZ

ABŞ Dövlət Departamentindən QƏRAR - Səudiyyə Ərəbistanına 1 milyard dollarlıq silah satılacaq

Image

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 1 milyard dollar dəyərində raket, artilleriya mərmiləri və tank sursatının potensial satışına icazə verib. Bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

ABŞ-nin xarici siyasət idarəsi Ər-Riyada 655 milyon dollar dəyərində “AGM-114R3 Hellfire II” raketlərinin, 251,8 milyon dollar dəyərində “AIM-9X Block II Sidewinder” raketlərinin, həmçinin 139 milyon dollar dəyərində artilleriya mərmiləri və tank və pulemyot sursatının “mümkün satışını təsdiqləyib”. Krallıq daha əvvəl ABŞ-dən 2503 ədəd “AGM-114R3 Hellfire II” və 220 ədəd “AIM-9X Block II Sidewinder” raketinin alınmasına icazə istəmişdi.

Mətləb





Seçilən
45
7
baki-xeber.com

8Mənbələr