AZ

Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 1 milyard dollar dəyərində raket, artilleriya mərmiləri və tank sursatlarının potensial satışına icazə verib.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb. Bu qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Məlumata görə, Dövlət Departameti 655 milyon dollar dəyərində “AGM-114R3 Hellfire II” raketlərinin, 251,8 milyon dollar dəyərində “AIM-9X Blok II Sidewinder” raketlərinin, həmçinin 139 milyon dollar dəyərində tank və pulemyotlar üçün artilleriya mərmiləri və sursatların Ər-Riyada mümkün satışını təsdiqləyib.

Seçilən
91
7
apa.az

8Mənbələr