AZ

Macarıstan Aİ-nin Ukraynaya təlimatçılar göndərmək planını dəstəkləməyəcək

Macarıstan Aİ-nin Ukraynaya təlimatçılar göndərmək planını dəstəkləməyəcək

Macarıstan Avropa İttifaqının Ukraynaya hərbi məsləhətçilər və təlimatçılar göndərmək planını dəstəkləməyəcək. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.Onun sözlərinə görə, Aİ 2022-ci ilin noyabrında Ukrayna hərbçilərinə iştirakçı dövlətlərin ərazisində təlim keçməyə başlamaq qərarına gəlib, lakin indi gündəm koordinasiya tapşırıqları üçün Ukraynaya hərbi müşavirlərin göndərilməsidir: “Təəssüf ki, bu, təhlükəli təklifdir, fikrimizcə, bu, müharibənin genişlənməsi riskini xeyli artıracaq və ona görə də bu, bizim üçün, Macarıstan üçün də təhlükəlidir. Çünki münaqişə kəskinləşərsə, ilk növbədə qonşular üçün vəziyyət gərginləşər. Ona görə də biz bu təklifə yox deyirik, biz artıq Brüsseldəki Avropa Xarici Fəaliyyət Xidmətinə məlumat vermişik ki, bu formada təklifi dəstəkləyə bilmərik".

Seçilən
26
3
afn.az

4Mənbələr