AZ

Macarıstan Aİ-nin Ukraynaya hərbi müşavirlər göndərmək planına mane olub

Macarıstan Avropa İttifaqının yerli hərbçilərin hazırlanması üçün Ukraynaya təlimatçılar və məsləhətçilər göndərmək təşəbbüsünü dəstəkləməkdən imtina edib. 

HİT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Biz bu təklifə yox deyirik. Biz Aİ-nin Brüsseldəki xarici əlaqələr xidmətinə bildirmişik ki, biz onu indiki formada dəstəkləyə bilmərik və ona yenidən baxmağı xahiş etdik”, deyə nazir "Facebook"da yazıb.

Diplomatın sözlərinə görə, Aİ-nin 2022-ci ilin noyabrında başlayan Ukrayna hərbçilərinin hazırlanması üzrə missiyasının müddəti tezliklə başa çatacaq. Bununla bağlı Aİ nəinki proqramın iki il müddətinə uzadılması, həm də təlimatçıların və hərbi məsləhətçilərin birbaşa Ukraynaya göndərilməsi imkanlarını müzakirə edir.

“Bu, mümkün hərbi eskalasiya baxımından son dərəcə riskli addımdır. Biz inanırıq ki, bu təklif münaqişənin genişlənməsi ehtimalını əhəmiyyətli dərəcədə artıracaq”, - deyə Siyarto bildirib.

O, həmçinin vurğulayıb ki, Macarıstan ukraynalı əsgərlərin təlimi üçün vəsait ayırmır, onun ərazisində təlim keçmir. Nazirin sözlərinə görə, Aİ Ukrayna hərbçilərinin hazırlanmasına davam etsə, Budapeşt bu proqramdan kənarda qalacaq.

Samir
 

Seçilən
1
3
hit.az

4Mənbələr