AZ

Azərbaycan ilk dəfə olaraq fiqurlu konkisürmə üzrə Qran-priyə ev sahibliyi edəcək

Bakı. Trend:

Azərbaycan Qış İdman Növləri Federasiyasının BeynəlxalqKonkisürmə Birliyinə (ISU) yeniyetmələr arasında Qran-pri yarışının2025-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı ünvanladığı müraciətimüsbət qarşılanıb.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, federasiyanın təqdim etdiyi sənədlərin ətraflımüzakirəsindən sonra ISU tərəfindən 2025-ci il 24-27 sentyabrtarixlərində yarışın Azərbaycanda keçirilməsinə dair qərar qəbuledilib.

Qran-priyə 20-dən artıq ölkənin 150-ə yaxın idmançısınınqatılacağı gözlənilir.

Qeyd edək ki, irimiqyaslı idman yarışı Azərbaycanın fiqurlukonkisürmə tarixdə ilk dəfə olaraq keçiriləcək. Sözügedən yarışıntəşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyasıtərəfindən ölkəmizdə fiqurlu konkisürmə üzrə dünya çempionatınınkeçirilməsi üçün müraciət edilməsi də nəzərdə tutulur.

Seçilən
23
11
az.trend.az

10Mənbələr