AZ

Azərbaycanda 2025-ci ildə yeniyetmələr arasında Qran-pri yarışı keçiriləcək

Azərbaycanda 2025-ci ildə Yeniyetmələr arasında Qran-pri yarışı keçiriləcək.

 90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Konkisürmə Birliyinə (ISU) Yeniyetmələr arasında Qran-pri yarışının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı ünvanladığı müraciəti müsbət qarşılanıb. Federasiya tərəfindən təqdim olunan sənədlərin ətraflı müzakirəsindən sonra ISU tərəfindən 2025-ci ildə Yeniyetmələr arasında Qran-pri yarışının Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib.

Yarışa 20-dən artıq ölkənin 150-ə yaxın idmançısının qatılacağı gözlənilir.

Qeyd edək ki, gələn il sentyabrın 24-dən 27-nə qədər baş tutacaq irimiqyaslı idman yarışı Azərbaycanın fiqurlu konkisürmə tarixdə ilk dəfə olaraq keçiriləcək. Sözügedən yarışın təşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən ölkəmizdə Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatının keçirilməsi üçün müraciət edilməsi də nəzərdə tutulur.

Seçilən
8
11
90deqiqe.az

10Mənbələr