AZ

ABŞ Tayvana 567 milyon dollar hərbi yardım ayırıb

ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Sənədə əsasən, Tayvana kömək məqsədilə Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlər keçirməsi üçün 567 milyon dollara qədər vəsait ayırılıb.

Tayvanı öz ərazisi hesab edən Çin ABŞ-ni Tayvanla hərbi sövdələşməni dayandırmağa çağırıb. 

Qeyd edək ki, ABŞ 2023-cü ildə Tayvana 345 milyon dollar hərbi yardım ayırmışdı. Bundan başqa, ABŞ iyun ayında 300 milyon dollara İHA-ların dövlətə satılmasını təsdiqləyib. 

Gülşən Şərif

Seçilən
8
2
bakivaxti.az

6Mənbələr