AZ

ABŞ Tayvana 567 milyon dollar hərbi yardım ayırdı

ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib. 

 News365.az

 xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş press-relizdə deyilir.

"Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilən səlahiyyətlə Dövlət katibinə göstəriş verirəm ki, Tayvana yardım göstərmək üçün Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlər üçün 567 milyon dollara qədər vəsait ayırsın”, - sənəddə deyilir.

Xatırladaq ki, 2023-cü ildə Birləşmiş Ştatlar Tayvana 345 milyon dollar hərbi yardım ayırıb. İyun ayında Birləşmiş Ştatlar Tayvana 300 milyon dollarlıq PUA satışını təsdiqləyib. Çin Tayvanı öz ərazisi hesab edir və Amerika hakimiyyətini dəstəyə görə dəfələrlə tənqid edib. Çin Müdafiə Nazirliyi ABŞ-ı Tayvanla "hərbi sövdələşməni” dayandırmağa çağırıb.

 

Seçilən
0
3
news365.az

4Mənbələr