AZ

"Turan Tovuz"un 100-cü qolu

“Turan Tovuz” Misli premyer-liqasında 100-cü qolu vurub.

"Football-plus.az" xəbər verir ki, bu, 8-ci turun “Şamaxı” ilə matçına təsadüf edib. 2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.

Premyer-liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub. Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdi. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.

Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadı.

Seçilən
10
28
football-plus.az

10Mənbələr