AZ

Tayvana 567 milyon dollarlıq hərbi yardım verilir

ABŞ prezidenti Cozef Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib. Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı yazılı bəyanatında məlumat verilib.

"Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilən səlahiyyətə görə, dövlət katibinə Tayvana kömək etmək üçün Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlərə 567 milyon dollara qədər yardıma icazə verməsini əmr edirəm", - Bayden deyib.

Xatırladaq ki ,ötən il Amerika administrasiyasının Müdafiə Nazirliyi vasitəsilə ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

Qeyd edək ki, Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Tural

Seçilən
10
2
news365.az

10Mənbələr