AZ

Bayden Tayvana 567 milyonluq hərbi yardım ayırdı

ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib.

Herbiand.az xəbər verir ki, bu barədə onun Ağ Evin mətbuat xidmətinin bazar günü yaydığı yazılı bəyanatında deyilir.

“Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilən səlahiyyətlə mən Dövlət katibinə Tayvana kömək etmək üçün Pentaqonun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlərə 567 milyon dollara qədər icazə verməsini əmr edirəm”

Xatırladaq ki, ötən il ABŞ administrasiyasının Müdafiə Nazirliyi vasitəsilə Tayvana ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.

Tayvan 1949-cu ildə baş verən vətəndaş müharibəsindən sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Seçilən
0
1
herbiand.az

9Mənbələr