AZ

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
11
11
cebheinfo.az

10Mənbələr