Bakı, 28 sentyabr, AZƏRTAC
“Lənkəran” komandası növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi amerikalı basketbolçu Andre Bolla ilə güclənib. Hücum mövqeyində çıxış edən 24 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
A.Boll “Lənkəran”a qədər ölkəsində “Cal State Dominguez Hills” və “Pepperdine University” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, bu, “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Qebriyit, Emanuel Littls, Maykl Rocers, Qriqori Milton və Ceremi Berraytı heyətinə qatıb.