AZ

Azərbaycan klubunda daha bir amerikalı basketbolçu

“Lənkəran” klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, klub Andre Bolla ilə anlaşıb.

24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində “Cal State Dominguez Hills” və “Pepperdine University”nin şərəfini qoruyub.

Bu, “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton və Ceremi Berraytı heyətinə qatıb.

Seçilən
1
8
futbolinfo.az

10Mənbələr