AZ

UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyunu başa çatıb.
 
Moderator.az xəbər verir ki, meydan sahibləri 3:0 hesabı ilə qabil gəliblər.
 
***
 
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.
 
Moderator.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib - 3:0.
 
Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb. 58-ci dəqiqədə isə "Qarabağ"ın heyətində Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.
 
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçında hesab açılıb.

Moderator.az xəbər verir ki, "Tottenhem" hesabda önə çıxıb - 1:0.

***

Oyunun 7-ci dəqiqəsində "Tottenhem" "Qarabağ"la oyunda azlıqda qalıb.

***

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.

Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşır.

"Qarabağ"ı aparan avtobusun Londonda tıxaca düşməsi səbəbindən görüş Bakı vaxtı ilə 23:00-da deyil, 23:35-də başlayıb. 

Qeyd edək ki, “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - Londonda 3:1, Bakıda 1:0.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.

23:35. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 0:0 (Birinci hissə)
London, “Tottenhem Hotspur” stadionu

Baş hakim: Villi Delajo, (Fransa)

Seçilən
12
20
moderator.az

10Mənbələr