AZ

“Qarabağ” “Tottenhem”ə məğlub oldu

Solanke 68-ci dəqiqədə fərqi daha da artırdı: 3-0.
***
57-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.
***
53-cü dəqiqədə “Tottenhem” Sarrın qolu ilə fərqi artırdı: 2-0.
 
12-ci dəqiqədə Conson meydan sahiblərini hesabda önə çıxardı: 1-0.
****
Drequşin 8-ci dəqiqədə Juninyoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoydu.
***
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.
Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxacaq. Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşacaq.
Həmçinin oxuyun: “Yaxşı ki, “Qarabağ” ÇL-də oynamadı” deyənlərə belə cavab verdi
Qeyd edək ki, “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb – Londonda 3:1, Bakıda 1:0.
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.
23:35. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 0:0 (Birinci hissə)
London, “Tottenhem Hotspur” stadionu
Baş hakim: Villi Delajo, (Fransa)

Seçilən
2
6
arantv.az

10Mənbələr