AZ

“Taliban” artıq kişiləri də “vurur”: Bunlar qadağandır!

Əfqanıstandakı "Taliban" administrasiyası ölkədə yaşayan hər kəsi məhdudlaşdıran yeni qadağalar tətbiq edib.

Əxlaq polisinin qaydaları pozan qadınları küçələrdə cəzalandırması artıq kişilərə də şamil olunub. Yəni "Taliban"ın yeni hədəfi kişilərdir.

"Taliban" 3 il əvvəl hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan qadınları şəxsi azadlıqları və geyimləri ilə bağlı getdikcə daha sərt məhdudiyyətlərlə üzləşib. Bunun əksinə, şəhər mərkəzlərində kişilər sərbəst yaşaya bilirdilər. Son dörd həftədə isə ölkədə kişilər üçün də əhəmiyyətli dəyişikliklər baş verib.

Avqustun sonunda qəbul edilən yeni qanunlar kişilərə yumruq uzunluğunda saqqal uzatmağı əmr edir. Qadağalar, həmçinin, onlara xarici görünüş və ya davranış baxımından qeyri-müsəlmanları təqlid etməyi qadağan edir ki, bu da geniş cins şalvarın geyinilməməsi deməkdir.

Qısa və ya Qərb üslublu saç kəsimləri qadağan edilir. İndi kişilərə öz arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq qadağandır. Nəticə etibarilə, daha çox insan saqqal uzadıb, küçədə canamazla gəzir, artıq cins şalvar geyinmir.

Paytaxt Kabildə yaşayan bir əfqan kişi Amerikanın "Washington Post" qəzetinə deyib:

"Kişilər səsini qaldırsaydı, indi başqa vəziyyətdə olardıq. Çox adam süni saqqal qoyur, çünki sorğu-sual olunmaq və alçaldılmaq istəmir”.

Ağ xələtli əxlaq polisi son 4 həftədə Kabildə məscidə getməyən kişilərin qapısını döyür. Dövlət işçiləri saqqal uzatmadığına görə işdən çıxarılacaqlarından qorxurlar.

Taksi sürücüləri gender ayrı-seçkiliyi qaydalarını pozduqlarına, avtomobillərində müşayiətçisiz qadın sərnişin olmasına və ya musiqi ifasına görə saxlanılırlar.

Yeni qanunlar əxlaq polisinə şübhəliləri 3 gün həbs etmək səlahiyyəti verir.

Bütün bunlara baxmayaraq, "Taliban"ın kişilərlə bağlı yeni qaydaları hökumətin qadınlara qoyduğu məhdudiyyətlərlə müqayisədə solğun görünür.

Əfqanıstanda qızların altıncı sinifdən sonra məktəbə getməsi, qadınların isə universitetlərə daxil olması qadağandır. Onlara bu yaxınlarda ictimai yerlərdə səslərini ucaltmaq da qadağan edilib.

Ötən ayın sonlarında qəbul edilən yeni dini qanun qadınların səsini ucaltmasını, camaat içində Quran oxumasını və ərlərindən və ya qohumlarından başqa kişilərə baxmasını qadağan edir./Yenisabah.az

Seçilən
12
16
musavat.com

10Mənbələr