AZ

Taliban qadınlardan sonra kişilərin də geyimlərinə qadağa qoydu

Taliban administrasiyası yeni qadağalar tətbiq etməyə davam edir.

Ölkə.Az xəbər verir ki, bu barədə “Washington Post” yazıb. Əfqanıstanda yaşayan qadınlara tətbiq edilən qadağalardan sonra Taliban hakimiyyəti indi də kişiləri sıxışdırmağa başlayıb.
Taliban rejimi son dörd həftə ölkədə kişilər üçün də əhəmiyyətli dəyişikliklər edib. Avqustun sonunda qəbul edilən yeni qanunlar kişilərə yumruq uzunluğunda saqqal uzatmağı, qeyri-müsəlmanları təqlid etməyi qadağan edir. Bu da kişilərin cins şalvar geyinməsinin qadağan edilməsi kimi şərh edilir.

Kişilər saç-saqqalını qərblilər kimi kəsdirə, qərb geyimləri geyinə bilməzlər.
İndi kişilərə öz arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq da qadağandır. 
Kişilərə qoyulan bu ilk ciddi məhdudiyyətlər Əfqanıstanda çoxları üçün sürpriz olub.

Dövlət işçiləri saqqallarını uzatmadığına görə işdən çıxarılacaqlarından qorxurlar.

Kişi taksi sürücüləri avtomobillərində qadın sərnişinlərin müşayiətsiz olmasına və ya musiqi ifasına görə saxlanılır.

Yeni qanunlar əxlaq polisinə şübhəliləri üç günə qədər həbs etmək səlahiyyəti verir.

Qeyd edək ki, Əfqanıstanda qızların altıncı sinifdən sonra məktəbə getməsi, qadınların isə universitetlərə daxil olması qadağandır. Onlara bu yaxınlarda ictimai yerlərdə səslərini ucaltmaq da qadağan edilib.

Billurə

Seçilən
1
16
olke.az

10Mənbələr