AZ

Bred Pitt dəstəsi yaxalanıb

İspaniya polisi internetdə özünü məşhur aktyor Bred Pitt kimi təqdim edərək iki qadını 325 min avro aldadan 5 nəfəri həbs edib.

"Cebheinfo.az" xəbər verir ki, İspaniya polisi özünü Hollivud ulduzu Bred Pitt kimi təqdim edərək insanları aldadan 5 nəfərin saxlanıldığını açıqlayıb. 

İddia edilib ki, şübhəlilər Oskar mükafatlı aktyorun pərəstişkarları üçün bir internet saytında qadınlarla əlaqə saxlayıb və özlərini onun kimi göstərərək onları “mövcud olmayan layihələrə investisiya qoymağa təşviq ediblər”.

İki qadın qurban fırıldaqçılara ümumilikdə 325 min avro itirib.

Polis şübhəlilərin sosial media paylaşımları vasitəsilə psixoloji profillər yaradaraq "depressiyaya düşmüş və müdafiəsiz iki qadını seçdiyini" bildirib. Fırıldaqçılar özlərini Bred Pitt kimi göstərərək iki qadınla mesaj və e-poçt vasitəsilə əlaqə saxlayıblar. Onlar romantik münasibətlər vəd edərək qadınları saxta layihələrə pul yatırmağa inandırıb. 

İspaniya polisi Əndəlusun cənub bölgəsində 5 evə basqın edib və qrup lideri də daxil olmaqla 5 nəfəri həbs edib. Basqın zamanı “fırıldaqçıların qurbanlarını aldatmaq üçün istifadə etdikləri ifadələrin yazıldığı” kitabçada də ələ keçirilib. Qadınlardan aldıqları pulun yalnız 85 min avrosu geri alınıb.

Seçilən
12
7
cebheinfo.az

10Mənbələr