AZ

Özlərini Bred Pitt kimi göstərib qadınların pulunu alıblar

Özlərini Hollivud ulduzu Bred Pitt kimi təqdim edən şəxslər iki qadını aldadıblar.

Kulis.az xəbər verir ki, məşhur aktyorla danışdıqlarını düşünən qadınlar fırıldaqçılara külli miqdarda pul veriblər.

İspaniya polisi qadınları aldadan 5 nəfəri həbs edib.

Onlar

Bazar ertəsi Guardia Civil tərəfindən dərc edilən açıqlamaya görə, 8 əyaləti əhatə edən "Bralina" əməliyyatı çərçivəsində daha 10 nəfər dələduzluq ittihamı ilə istintaqa cəlb edilib.

Qadınlardan biri fırıldaqçılara 195 min dollar, digəri isə 167 min dollar verib. Polis ümumi məbləğin 95 min dollarını çıxara bilib.

Onlar

Polis hər iki qurbanın Brad Pittin fanat saytı vasitəsilə fırıldaqçılar tərəfindən əlaqə saxladığını və aktyorun onlarla müxtəlif layihələrə investisiya etmək istədiyinə əmin olduqlarını bildirib.

Seçilən
7
2
kulis.az

10Mənbələr