AZ

Kilian Mbappe zədələnib

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe La Liqanın VII turunda "Alaves"lə oyunda zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçunun bud sümüyündə problemlər var.

25 yaşlı hücumçunun növbəti - "Atletiko" ilə matçda iştirakı sual altındadır.

Qeyd edək ki, K.Mbappe "Alaves"lə oyunun 80-ci dəqiqəsində zədələnərək əvəzlənməsini istəyib. Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Madrid klubu 17 xalla turnir cədvəlində ikincidir. "Alaves" 10 xalla 8-ci yerdə qərarlaşıb.

Seçilən
0
5
operativmm.az

10Mənbələr