AZ

Kilian Mbappe komandasına kömək edə bilməyəcək

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe La Liqanın VII turunda "Alaves"lə oyunda zədələnib.

Oxu.Az xəbər verir ki, fransalı hücumçunun bud sümüyündə problem aşkarlanıb.

Məhz bu səbəbdən, 25 yaşlı hücumçunun "Atletiko Madrid"lə derbi matçda iştirak etməyə bilər.

Qeyd edək ki, K.Mbappe "Alaves"lə oyunun 80-ci dəqiqəsində zədələnərək əvəzlənməsini istəyib. Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Madrid klubu 17 xalla turnir cədvəlində ikincidir, "Alaves" 10 xalla 8-ci yerdə qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
0
5
cebheinfo.az

10Mənbələr