Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Qara bölgəsində yeni əməliyyat keçirib.
Korrespondent.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, 2007-ci ildə Şırnak çölündə təşkilatçılıq fəaliyyətinə başlayan Yiğit Şırnakın Silopi rayonunda silah və əldəqayırma partlayıcılarla terror aksiyalarına qatılıb.
Xəndək-barrikada insidentlərində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən Yiğit 2018-ci ildə Suriyada terror təşkilatı YPG-nin tərkibində fəaliyyət göstərib. Yiğit son olaraq İraqın Qara bölgəsində təşkilati fəaliyyətlər həyata keçirib.