AZ

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv etdi - FOTO

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Qara bölgəsində yeni əməliyyat keçirib.

Korrespondent.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, 2007-ci ildə Şırnak çölündə təşkilatçılıq fəaliyyətinə başlayan Yiğit Şırnakın Silopi rayonunda silah və əldəqayırma partlayıcılarla terror aksiyalarına qatılıb.

Xəndək-barrikada insidentlərində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən Yiğit 2018-ci ildə Suriyada terror təşkilatı YPG-nin tərkibində fəaliyyət göstərib. Yiğit son olaraq İraqın Qara bölgəsində təşkilati fəaliyyətlər həyata keçirib.

Seçilən
2
9
korrespondent.az

10Mənbələr