AZ

Dörd ölkənin səfirləri İran XİN-ə ÇAĞIRILDI

Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın “Mizan” agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Tehranın Rusiyaya ballistik raketlər göndərdiyinə dair iddialar olub: “Xarici işlər nazirlərinin qeyri-konstruktiv bəyanatları, eləcə də İrana qarşı sanksiyaların tətbiqi nəticəsində Böyük Britaniya, Fransa, Hollandiya və Almaniyanın Tehrandakı səfirləri İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb”.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın müttəfiqlərinə İranın Rusiyaya ballistik raketlər göndərdiyi barədə məlumat verdiyini yazmışdı.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
25
bizim.media

10Mənbələr