AZ

QƏRB PLAN QURUR: İran bu əməlinə görə DƏRHAL CƏZALANDIRILACAQ

Böyük Britaniya, Fransa və Almaniya Rusiyaya ballistik raketlərin tədarükünə görə İrana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

OXU24.COM xəbər verir ki, bununla bağlı Almaniya Xarici İşlər Nazirliyinin saytında üç ölkənin birgə bəyanatı dərc olunub.

“Bu əməliyyat həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir. Biz İranla ikitərəfli hava əlaqəsi müqavilələrini dayandırmaq üçün dərhal tədbirlər görəcəyik”, - məlumatda deyilir.

Bundan əlavə, ölkələr Rusiyaya ballistik raketlərin və digər silahların tədarükü ilə məşğul olduğu iddia edilən əsas təşkilatları və şəxsləri müəyyən etmək niyyətindədirlər. Həmçinin İran Hava Yollarına qarşı sanksiyaların tətbiqi planlaşdırılır.

Sentyabrın əvvəlində "Bloomberg" agentliyi Tehranın ballistik raketlərini xüsusi hərbi əməliyyatda istifadə etmək üçün yaxın vaxtlarda Moskvaya təhvil verməyi planlaşdırdığını bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatların “həmişə reallığa uyğun gəlmədiyinə” diqqət çəkib.

Ukraynanın baş naziri Denis Şmıqal isə bəyan edib ki, Kiyevin Rusiyanın İran istehsalı olan raketləri qəbul etməsi və istifadəsi barədə məlumatı yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
25
oxu24.com

10Mənbələr