AZ

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib

Tanınmış

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.H.Elvüsal 75 yaşında dünyasını dəyişib.O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti") qəzetlərində işləyib. "Səhər" qəzetinin yaradıcılarından biri, baş redaktorun müavini, "Belə-belə işlər", "Kriminal" qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.H.Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.Allah rəhmət eləsin!

Diqqət Çəkənlər

Elektromobillərin faydası nələrdir?

Rusiya İran dronları ilə Ukraynaya hücuma davam edir

Soyuqdəymənin qarşısını necə almaq olar?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
32
ulusum.az

10Mənbələr