AZ

Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.

Yenicag.az xəbər verir ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib.

Əslən Kəlbəcərli olan jurnalist bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. O, “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib.

Hidayət Elvüsal “Səhər” qəzetinin yaradıcılarından biri, baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin baş redaktoru olub.

Mərhum bəzi mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
7
yenicag.az

10Mənbələr