AZ

Hidayət Elvüsal dəfn edildi

Bu gün dünyasını dəyişən jurnalist Hidayət Elvüsal dəfn edilib.

Bizim.Media modern.az istinadən xəbər verir ki, mərhumun cənazəsi Kürdəxanı qəbristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb.

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

Hidayət Elvüsal "Səhər" qəzetində çalışarkən "Belə-belə işlər" adlı rubrikası ilə məşhurlaşmışdı. O, dövrün problemlərini "Belə-belə işlər"də satirik üslubda qələmə alırdı.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
32
bizim.media

10Mənbələr