AZ

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat etdi – FOTO

Tanınmış jurnalist, publisist Hidayət Elvüsal vəfat edib.



İctimaimedia.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.



Qeyd edək ki, H.Elvüsal 1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş Hidayət Elvüsal Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Rayonda çıxan “Yenilik” qəzetində, yerli radio verilişləri redaksiyasında çalışıb, həmçinin Azərbaycan Radiosu ilə əməkdaşlıq edib. Bakıda müxtəlif qəzetlərdə işləyib, ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Səhər” qəzetinin yaradıcılarından biri olub.



H.Elvüsalın xüsusən “Belə-belə işlər” rubrikası ilə dərc edilən yazıları cəmiyyətin ruhundan xəbər verib. O sonralar eyniadlı qəzet də təsis edib. H.Elvüsal mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınıb.



Allah rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
32
ictimaimedia.az

10Mənbələr