AZ

Nəsib İslamzadə 114 milyon manatlıq aqrar şirkətə rəhbər təyin edildi

Aqrar şirkət “Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni baş icraçı direktor təyin edilib.

Banker.az xəbər verir ki, təsisçilərin qərarı ilə 2023-cü ilin mayından İdarə Heyətininin üzvü olan İslamzadə Nəsib Malik oğlu müvafiq vəzifəyə təyin edilib.

O, bu vəzifədə Mehdiyev Anar Rəsul oğlunu əvəz edib.

İslamzadə N.M. 2023-cü ilin mayından “Azərşəkər” MMC-nin İdarə Heyətinin üzvü idi.

2021-ci ilin dekabrından keçən ilin mayına qədər “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü idi.

Bundan əlavə, 2012-2015-ci illərdə “KPMG” audit şirkətində, 2015-ci ildə “Garant Holding” MMC-də maliyyə meneceri, 2015-2018-ci illərdə “AzGroup Holding”də maliyyə direktoru, 2020-2021-ci illərdə “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC-nin Audit Komitəsinin üzvü, 2021-2023-cü illərdə “PMD Group” MMC-nin Audit Komitəsinin sədri vəzifələrində çalışıb.

Ali təhsilinin bakalavr dərəcəsini iqtisadiyyat üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr dərəcəsini isə İngiltərənin Esseks Universitetində əldə edib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Hazırda şirkətin 114 354 500 manat nizamnamə kapitalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
46
banker.az

10Mənbələr