AZ

Azərbaycan millisi İsveçlə 4 oyunda cəmi 1 qol vurub - Statistika

Azərbaycan və İsveç milli komandaları tarixdə 4 dəfə rəsmən qarşılaşıblar.

Apasport.az-ın məlumatına görə, iki komanda arasında keçirilən matçlardan 3-də İsveç qalib gəlib, 1 görüş isə heç-heçə ilə başa çatıb.

Fernandu Santuşun komandası hələ ki, İsveçə qarşı qələbə qazana bilməyib.

İsveç Azərbaycanla oyunlarda ümumilikdə 8 qol vurub. Azərbaycan isə 4 görüşdə rəqib qapısından cəmi 1 top keçirib. 

Bu millilər arasında sonuncu qarşılaşma 2021-ci ilin mart ayında keçirilib. Bu oyunda İsveç komandası 1:0 hesabı ilə qələbə qazanıb. 

Azərbaycan İsveçlə evdə keçirdiyi 2 oyundan 1-ni heç-heçə başa vurub, digərində məğlub olub. İsveçdə keçirilən matçların hər ikisi skandinaviyalıların qələbəsi ilə başa çatıb.

İki komanda arasında ən məhsuldar oyun 2010-cu ildə baş tutub. Bu oyunda İsveç yığması 3:0 hesabı ilə qələbə qazanıb. 

AVRO 2024-ün ən gənc millisi: Türkiyə

"Qarabağ" 9, "Neftçi" 22 pillə gerilədi

Səlahət Ağayevdən yubiley oyunu

Onuncu duel - Statistika

Neymar Pelenin rekordunu qırdı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
44
apasport.az

10Mənbələr