AZ

Azərbaycan millisi İsveçə uduzdu

Bu gün Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayıb. SİA xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan komanda 1-ci turda İsveçlə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə bitib

Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyunu olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

Millətlər Liqası, C liqası, 1-ci qrup

1-ci tur

5 sentyabr

20:00. Azərbaycan - İsveç - 1:3

Qollar: Aleksandr İsak, 65 (0:1), Aleksandr İsak, 71 (0:2), Viktor Qyökeres, 80 (0:3), Renat Dadaşov, 81 (1:3)

Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 45+7 (Azərbaycan)

Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (Macarıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
44
sesqazeti.az

10Mənbələr