AZ

Millətlər Liqası: Azərbaycan – İsveç oyunu başa çatıb  - YENİLƏNİB 7

Millətlər Liqası: Azərbaycan – İsveç oyunu başa çatıb  - YENİLƏNİB 7

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasındakı oyun başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu Renat Dadaşov vurub. İsveç seçməsində isə Aleksandr İsak (2 qol) və Viktor Dyökereş fərqləniblər.

Birinci yarının son saniyələrində Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

21:54

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda dördüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 82-ci dəqiqəsində komandamızın heyətində Renat Dadaşov fərqlənib. Birinci yarının son saniyələrində Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 21:48

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda üçüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 80-ci dəqiqəsində rəqibin heyətində Viktor Dyökereş fərqlənib.

Birinci yarının son saniyələrində Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 21:46

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda ikinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 70-ci dəqiqəsində rəqibin heyətində Aleksandr İsak dubl edib.

Birinci yarının son saniyələrində Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.

Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 21:34

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasındakı oyunda hesab açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 65-ci dəqiqəsində rəqibin heyətində Aleksandr İsak fərqlənib. Birinci yarının son saniyələrində Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 21:16

Bakı, 5 sentyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda ikinci hissə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ilk yarısından sonra qapılara qol vurulmayıb. Birinci yarının son saniyələrində Ramil Şeydayev on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

20:55

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyunda birinci hissə başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

 20:49

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasında oyun start götürüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

Qarşılaşmanı macarıstanlı referi Balaş Berkey idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
44
ilk.az

10Mənbələr