AZ

Belarus səmasında naməlum PUA-lar uçuşur

Belarus Müdafiə Nazirliyi bir neçə pilotsuz təyyarənin respublikanın dövlət sərhədini pozması barədə məlumat verib.

Departamentdən bildirilib ki, bütün hava hədəfləri növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Qeyd olunur ki, ölkənin dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma aparılır. Lakin Nazirlik PUA-ların hansı istiqamətdən gəldiyini dəqiqləşdirməyib.

Bu gün, sentyabrın 5-nə keçən gecə Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri Vladimir Roqov Telegram-da yazıb ki, Belarusun Qomel şəhəri yaxınlığında pilotsuz təyyarə düşüb. Onun sözlərinə görə, yerli sakinlər azı iki partlayış və bir hava hədəfinin vurulması barədə məlumat veriblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
28
editor.az

10Mənbələr