AZ

Messi və Ronaldo ilk dəfə Qızıl top nominasiyalarından kənarda qaldılar

Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi və Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo nüfuzlu “Qızıl top” mükafatına iddialılar siyahısına daxil edilməyib.

Redaktor.az xəbər verir ki, "France Football" jurnalı sentyabrın 4-də dərc edib.

Bu, 2003-cü ildən bəri ilk dəfədir.

Messi ümumilikdə Ballon d'Or mükafatlarının sayına görə rekordçudur, forvard bu mükafatı səkkiz dəfə alıb. O, 2022-ci ilin dekabrında Argentina ilə Dünya Kubokunu qazandıqdan sonra 2023-cü ildə qalib olub.

Ronaldo mükafatların sayına görə siyahıda ikincidir. Onun adına beş Qızıl top mükafatı var. Bu səsvermədə onun son mükafatı 2017-ci ilə aid edilib. Ondan sonra Messi üç dəfə “Qızıl top”u, həmçinin Kərim Benzema və Luka Modriç alıb. Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə səsvermə keçirilməyib.

Qeyd edək ki, mükafatlandırma mərasimi oktyabrın 28-də baş tutacaq.

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d'Or 1956-cı ildə verilib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
18
redaktor.az

10Mənbələr