AZ

Ronaldonun start heyətdən kənarda qalmasınının səbəbi AÇIQLANDI

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Millətlər Liqasının qrup mərhələsinin ikinci turunun Şotlandiya ilə oyununda hücumçu Kriştiano Ronaldonun komandanın start heyətində yer almamasının səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Goal" nəşri sitat gətirir.

“Bu, taktiki qərardır. 72 saat ərzində iki matç oynayanda qüvvələri bölüşdürmək istəyirəm. Xorvatiya ilə qarşılaşmada ən çox sürəti Kriştiano edib və yeganə məsələ futbolçunu ehtiyatda saxlamaqla onu xilas etməkdir”, - deyə mütəxəssis bildirib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
18
redaktor.az

10Mənbələr