AZ

Ronaldonun planı açıqlandı: 1000-ci qolu vurana qədər...

"Mançester Yunayted"in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandes Millətlər Liqasında Şotlandiya ilə oyundan (2:1) sonra Kriştiano Ronaldonun karyerası haqda danışıb.

Publika.az xəbər verir ki, o, həmyerlisinin 1000 qol vurana qədər karyerasını davam etdirəcəyini açıqlayıb:

“Ronaldo? O, qarşılaşmaya ehtiyat oyunçular skamyasından qoşulsa da, həmişə oyuna təsir edir. Məşqçi matçda hər kəsin böyük təsir göstərdiyini, lakin sonda Kriştianonun qol vurduğunu qabartdı. Üç gün əvvəl 900-cü qolunu vurdusa, bu oyunda 901-ci qolunu vurdu. Və o, 1000-ci qola qədər gedəcək, bu, onun planıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
26
publika.az

10Mənbələr