AZ

"Azərbaycana mütləq qalib gəlməliyik" - İsveç millisinin baş məşqçisi

style='margin-bottom:10px;'>

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə qarşılaşacaq. 

QOL.az xəbər verir ki, İsveç milli komandasının baş məşqçisi Yon-Dal Tomasson oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Siz komandaya gələndən sonra 4 oyun keçirmisiniz. Komandada nələri dəyişmisiniz?

- İşə yeni başlamışıq. Gündən-günə yaxşı oynayırıq. Hazırda fərqli futbolçuları sınaqdan keçiririk. Sabahkı matçda mütləq qələbə qazanmalıyıq. Futbolçularımın qürurla çıxış etməsini gözləyirəm.

- Azərbaycan millisi haqda hansı məlumatlara sahibsiniz?

- Son oyunlarının hamısını izləmişik. Azərbaycan millisi evdə çox yaxşı oynayır. İsveç üzərində də daha əvvəl 3:0 hesablı qələbə qazanıblar. Təbii ki, sabahkı oyunun eyni cür yekunlaşmasını istəmirik.

- Komandanızda 2 super hücumçu var. Fernandu Santuşun komandaları isə ultramüdafiə ilə seçilir. Bunu nəzərə alaraq sabah 2 hücumçu ilə oynamağınız mümkündür?

- İlk növbədə onu deyim ki, ümumilikdə biz hücumameyilli futbol oynamaq fikrindəyik. Bunu həm federasiya rəhbərliyi istəyir, həm mən, həm də komanda. Ancaq sabahkı matçda tək hücumla iş bitmir. Müdafiəni də unutmaq olmaz. Sabah hər iki hücumçumuz meydanda olacaq.

- Sabah havanın isti olması oyununuza necə təsir edə bilər?

- Bunun əhəmiyyəti yoxdur. Havanın isti olmasını oyuna təsir edəcək faktor kimi görmürəm.

- Start heyəti artıq müəyyənləşdirmisiniz?

- Bəli, artıq beynimdə seçim etmişəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
35
teleqraf.com

10Mənbələr