AZ

Qaçaqmalçıların ABŞ-a apardığı Lidiya boyunbağısı Türkiyəyə qaytarıldı

Yazını böyüt
Yazını kiçilt

Manisadan qaçaqmalçılıq yolu ilə gətirilərək ABŞ-ın Boston şəhərindəki Boston Gözəl Sənətlər Muzeyində sərgilənən Lidiya dövrünə aid təxminən 2500 illik qızıl boyunbağının bu gün Türkiyəyə təhvil vermə mərasimi keçirilib.

Hafta.az-ın yazdığına gprə, 1982-ci ildə Manisanın Bintəpələr bölgəsindən qaçaqmalçılıq yolu ilə ABŞ-a gətirilən qızıl boyunbağının sərgiləndiyi Boston Gözəl Sənətlər Muzeyinin məsullarından Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri alıb. Təhvil-təslim mərasimi Türkiyənin Bostondakı Baş konsulluğunda keçirilib.

Təhvil-təslim mərasimində Türkiyənin Bostondakı baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Nyu York Mədəniyyət və Tanıtım Attaşesi Hilal Dəmirəl boyunbağının təxminən 20 santimetr uzunluğunda qızıl və karneli daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarət olduğu barədə məlumatı paylaşıb.

Dəmirəl, "Əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir və Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər, Bintəpələr nekropolu ərazisindəki inventarda qeydə alınan digər əsərlərə bənzəyir” deyib.

Qızıl boyunbağının bölgə üçün tarixi və mədəni əhəmiyyətinə toxunan Dəmirəl, "Bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur" deyə bildirib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həssalıqla apardığı uzun araşdırmalar nəticəsində 1982-ci ildə Boston Gözəl Sənətlər Muzeyinin kolleksiyasına daxil olan qızıl boyunbağının Manisada Bintəpələr kimi tanınan nekropol ərazisinə aid olduğunu müəyyən edib.

Nazirliyin arxiv araşdırması nəticəsində məlum olub ki, boyunbağı 1970-ci illərdə Bintəpələr bölgəsində yüzlərlə Lidiya höyküsünün yerləşdiyi ərazidən qeyri-qanuni olaraq qazılaraq xaricə aparılıb.

Bu inkişafdan sonra Mədəniyyət və Turizm Nazirliyi ötən il Türkiyənin Bostondakı Baş Konsulluğu vasitəsilə bu əsərin Boston Gözəl Sənətlər Muzeyindən geri qaytarılmasını istəyib və muzey rəhbərliyi boyunbağının Ankaraya qaytarılmasını qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
hafta.az

3Mənbələr