AZ

ABŞ Türkiyədən oğurladığı 2500 illik boyunbağını qaytardı - FOTO

Lidiya dövrünə aid 2500 illik qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə Türkiyə rəsmilərinə təhvil verilib.

Publika.az xəbər verir ki, 1982-ci ildə Türkiyədən qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılan boyunbağı illərdir ki, Boston şəhərindəki muzeydə sərgilənib.

Böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Bostondakı baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Hilal Dəmirəl boyunbağının təxminən 20 santimetr uzunluğunda qızıl daşlardan hazırlanmış muncuqlardan ibarət olduğunu bildirib: "O, eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir və Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu boyunbağının qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
publika.az

3Mənbələr