AZ

Cəlal Hüseynov “Slaviya”ya qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 7-ci turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçunun komandası bu turda Sofiya “Slaviya”sı ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun heç-heçə ilə yekunlaşıb.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 41 rəsmi oyuna çıxıb, 1 qol vurub.

“Arda” 7 turdan sonra 10 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Seçilən
28
4
arena.az

6Mənbələr