Suraxanı rayonu ərazisində baş verən güclü yanğın səbəbindən səmada qatı qara tüstü dumanı müşahidə olunmaqdadır.
Bu cür qatı tüstü dumanının uçuşlara hər hansı təsiri ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-yə sorğu ünvanlanıb.
Bakıvaxtı.az xəbər verir ki, qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Suraxanıdakı yanğın AZAL-ın uçuşlarına təsir göstərməyib:
"Bütün reyslər cədvələ uyğun həyata keçirilir".