AZ

Tom Kruz Londonda 223 milyon dollara mənzil aldı

Yazını böyüt
Yazını kiçilt

“Mümkün olmayan tapşırıq” və “Top Gun” döyüş filmləri ilə məşhur olan amerikalı aktyor və prodüser Tom Kruz Londonun ən bahalı və yeni çoxmərtəbəli binalarından 223 milyon dollara mənzil alıb.

Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, Tom Kruzun One Hyde Park-dakı lüks mənzili bütün mərtəbəni tutur. Yaşayış kompleksinin özü yüksək səviyyəli təhlükəsizlik və müasirliyi ilə tanınır. Bina Londonun ən zəngin ərazilərindən birində (Knightsbridge) tikilib və Bukingem sarayının yaxınlığında yerləşir.

“Bu yeni London yaşayış kompleksində kimin, nə qədər və nə üçün yaşadığı sirr saxlanılır və heç kimə sahiblərinin adlarını açıqlamağa icazə verilmir”, - mənbə bildirib.

Məlumata görə, bu çoxmərtəbəli binada dünyanın ən varlı adamları yaşayır: silah satışı ilə məşğul olan gizli adamlardan tutmuş dünyanın ən güclü neft baronlarına qədər. Kruz şəxsi həyatı sevdiyi üçün bu binada mənzil alıb.

Hyde Park dünyanın ən bahalı yaşayış massivlərindən biridir və Londonun mərkəzində yerləşir. Burada evin 1 kvadratmetri 100 min dollarından başlayır. Mənzillər bu qiymətə hər şey daxil xidmət təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
hafta.az

10Mənbələr